Con Kerri martın 2-də Sergey Lavrov ilə görüşməyi planlaşdırır

Con Kerri martın 2-də Sergey Lavrov ilə görüşməyi planlaşdırır
# 27 fevral 2015 01:46 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri martın 2-də Cenevrədə Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşməyi planlaşdırır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psakinin bəyanatında bildirilir.

“Dövlət katibi martın 2-də Cenevrədə BMT İnsan Haqları Şurasının 28-ci sessiyasında çıxış edəcək. O həmçinin Ukraynadakı vəziyyəti və regional məsələləri müzakirə etmək üçün Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşəcək”, deyə Psaki bildirib.

Bundan sonra Kerri İsveçrənin Montrö şəhərində “5+1” qrupunun danışıqları çərçivəsində İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ilə görüşəcək.

“Daha sonra ABŞ dövlət katibi Ər Riyada yola düşəcək. Burada Yəməndəki vəziyyət, İŞİD və digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün Səudiyyə Ərəbistanının kralı Salman ben Abdül Əziz Əl Saud və hökumət nümayəndələri ilə görüşlər planlaşdırılıb.

Con Kerri turnenin sonunda Londonda Fars körfəzi ölkələrinin XİN rəhbərləri ilə görüşərək qarşılıqlı regional prioritetləri müzakirə edəcək”, deyə açıqlamada qeyd onunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR