Arsen Avakov: “Aprelin 20-də Lvovda 290 ABŞ hərbçisi Ukrayna əsgərlərinə təlim keçməyə başlayacaq”

Arsen Avakov: “Aprelin 20-də Lvovda 290 ABŞ hərbçisi Ukrayna əsgərlərinə təlim keçməyə başlayacaq”
# 30 mart 2015 09:21 (UTC +04:00)

Nazir təlimlərin aprelin 20-də Lvov vilayətindəki Yavoriv poliqonunda başlayacağını bildirib: “290 Amerika desantı aprelin 20-də Lvov vilayətinin Yavoriv poliqonuna gələcək. Razılığa əsasən ABŞ-ın 173-cü hava-desant briqadası ilə Milli Qvardiyanın bölmələrinin uzunmüddətli təlimləri burada keçiriləcək”.

A. Avakov 8 həftəlik təlimlərdə Milli Qvardiyanın “Azov”, “Yaquar”, “Omeqa”, general Kulçitski adına batalyonu və digər bölmələrinin iştirak edəcəyini söyləyib. Hazırlıq başa çatdıqdan sonra ABŞ-Ukrayna birgə hərbi təlimi də olacaq.

Xatırladaq ki, ABŞ-ın Avropadakı qüvvələrinin komandanı Frederik Hodces Ukrayna hərbçilərinə təhlükəsizlik və tibbi vəzifələri yerinə yetirməyi, döyüş anında ruslar tərəfindən rabitə əlaqəsinin kəsilməsi zaman necə hərəkət etməyi, Rusiya və separatçıların artilleriya zərbələrindən necə qorunmağı öyrədəcəklərini bildirib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR