Azərbaycanda dələduzluqda təqsirləndirilən qadına 1 il sonra bəraət verilib

Azərbaycanda dələduzluqda təqsirləndirilən qadına 1 il sonra bəraət verilib
# 10 sentyabr 2015 07:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda dələduzluqda təqsirləndirilən qadına bəraət verilib.

Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, Hüseynova Yeganə İsgəndər qızı barəsində ötən il mayın 15-də Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ziyafət Mənsimov tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb və onun barəsində axtarış elan olunub.

Ötən il iyunun 28-də Y. Hüseynova saxlanılıb. İyunun 30-da isə Y. Hüseynova barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Sabunçu rayon Prokurorluğu qarşısında vəsatət qaldırılıb.

Bu il sentyabrın 9-da isə Yeganə Hüseynovanın əməllərində cinayət tərkibi olmadığı üçün onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR