“Bank Standard” aktivlərini 4,5% artırıb

“Bank Standard” aktivlərini 4,5% artırıb
# 18 noyabr 2015 14:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin III rübündə “Bank Standard”ın aktivlərinin həcmi 1 mlrd. 187,110 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,47% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin oktyabrın 1-nə olan göstəricilər ilə müqayisədə hesabat dövrünə bankın kredit portfeli 9,59% artaraq 899,503 mln. manat olub.

Hesabat dövründə istehlak kreditlərinin həcmi 153,319 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 37,5% çoxdur.

Bu ilin III rübündə bankın ipoteka kreditlərinin həcmi 51,520 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 2,35% çoxdur və kreditlərin 43,314 mln. manatı (84,07%) ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

2014-cü ilin analoji dövrü ilə müqayisədə bu ilin 9 ayında bankın depozit portfeli 5,06% azalaraq 733,811 mln. manata enib. Əhalinin əmanətlərinin həcmi isə 562,440 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 7,34% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 27,28 % artaraq 50,744 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 75 mln. manat təşkil edib.

Bu ilin 9 ayında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 27,64% artaraq 91,738 mln. manat, xərcləri isə 24,41% artaraq 92,975 mln. manata çatıb.

Bu ilin 9 ayını bank 1,237 mln. manatlıq zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 14 filialı, 152 bankomatı, 1198 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR