Bakı-2015: Akrobatlarımız 4-cü olub

Bakı-2015: Akrobatlarımız 4-cü olub
# 21 iyun 2015 20:47 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakı-2015 I Avropa Oyunlarının akrobatika yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında 4 dəst medalın sahibi müəyyənləşib.

Azərbaycan akrobatları Ulyana Dyakova və Anatoli Leonov qarışıq cütlərin temp hərəkətlərində final mərhələsində qüvvəsini sınayıb. 27,320 xal toplayan idmançılarımız 5-ci yerə şərik olub. Yelena Velikova və Aleks Jekovdan ibarət Bolqarıstan cütü də eyni nəticə göstərib. Mükafatları isə rusiyalılar Marina Çernova və Georgi Pataraya (29,300), belçikalılar Yana Vastavel və Solano Kassamayor (28,690), böyük britaniyalılar Hanna Bauqan və Rayan Bartlett (28,650) qazanıb.

Təmsilçilərimiz balans hərəkətlərində 24,580 xala layiq görülüb. Təmsilçilərimiz yarışı 6-cı pillədə başa vurub. Mükafatları isə rusiyalılar Marina Çernova və Georgi Pataraya (29,760), belçikalılar Yana Vastavel və Solano Kassamayor (28,930), böyük britaniyalılar Hanna Bauqan və Rayan Bartlett (28,260) qazanıb.

Qadınlardan ibarət qrupların balans və temp hərəkətlərində də final yarışlarına start verilib. Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynovana ibarət komandamız balans hərəkətlərində 27,730 xal yığıb. Komandamız çıxışını 4-cü yerdə başa vurub. Mükafatçılar sırasında isə Belçika (28,700), Rusiya (28,550) və Belarus (28,510) yer alıb.

İdmançılarımız temp hərəkətlərində də güclərini sınayıb. 27,740 xal əldə edib. Komandamız 5-ci yeri tutub. Belçikanın (28,480) çempion olduğu yarışda Rusiya (28,190) gümüş, Belarus (28,120) bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR