AYİB Marneulidə məişət tullantıları poliqonunun tikintisinə 7 mln avro ayıracaq - FOTO

AYİB Marneulidə məişət tullantıları poliqonunun tikintisinə 7 mln avro ayıracaq - <span style="color: red;">FOTO
# 12 may 2015 18:03 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə Gürcüstanın maliyyə naziri Nodar Xadurinin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş çərçivəsində azərbaycanlıların kompakt yaşadığı Marneulidə məişət tullantıları poliqonunun tikintisi barədə razılaşma memorandumu imzalanıb.

Məlumata görə, yeni poliqon Marneuli, Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka rayonlarına xidmət edəcək.

Görüşdə kredit və qrant müqaviləsi imzalanıb. Sənədi Gürcüstanın maliyyə naziri və AYİB-nın prezidenti imzalayıb.

Layihə AYİB-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək. Avropa Bankı bu layihəni həyata keçirmək üçün güzəştli şərtlərlə 7 milyon avro vəsait ayıracaq.

Məlumata görə, İsveç Beynəlxalq Əməkdaşlıq Agentliyi də (SIDA) layihə üçün 3 milyon avro qrant ayıracaq.

Bu gün qeyd olunan layihənin həyata keçirilməsi haqqında razılaşma müqaviləsini Gürcüstanın regional inkişaf və infrastruktur naziri Nodar Cavaxişvili və AYİB-nın Qafqaz, Moldava və Belarus üzrə regional direktoru Bruno Balvanera imzalayıb.

Tədbirdə AYİB-nın rəsmiləri və Kvemo Kartli və Marneuli rayon icra hakimiyyətinin rəhbərləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR