Bakıda qaraj və içərisindəki avtomobil yanıb

Bakıda  qaraj və içərisindəki avtomobil yanıb
# 26 oktyabr 2016 22:58 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda ümumi sahəsi 45 m² olan bir-birinə bitişik 3 ədəd qarajın yanar konstruksiyaları və içərisində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər bitişik qaraj yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR