Braziliyada yanğın nəticəsində itkin düşənlərin sayı 45 nəfərə çatıb

Braziliyada yanğın nəticəsində itkin düşənlərin sayı 45 nəfərə çatıb
# 02 may 2018 00:47 (UTC +04:00)

Braziliyanın San-Paulu şəhərində hündürmərtəbəli yaşayış binasında yanğın nəticəsində itkin düşənlərin sayı 45 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə “Globo” kanalı məlumat yayıb.

Qeyd edək ki, güclü yanğın binada aprelin 30-dan mayın 1-nə keçən gecə baş verib. Alovlanan bina bir müddət sonra uçub. Bundan əvvəl 1 nəfərin öldüyü, 3 nəfərin itkin düşdüyü bildirilmişdi.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR