Fransada qatarla avtomobil toqquşub, ölənlər var

Fransada qatarla avtomobil toqquşub, ölənlər var
# 08 avqust 2015 00:55 (UTC +04:00)

Bakı-APA. Fransada sərnişin qatarının dəmiryol keçidində dayanmış avtomobillə toqquşması nəticəsində 3 nəfər ölüb.

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, insident Aşağı Normandiya bölgəsinin Orn departamentində qeydə alınıb.

Məlumata görə, ölənlərin hamısı naməlum səbəbdən keçiddə dayanmış minik avtomobilində olanlardır. Həmçinin 1 qadınının toqquşmadan əvvəl avtomobili tərk edərək xilas olduğu bildirilir.

Le Man-Paris marşrutu ilə hərəkət edən qatarın 34 sərnişininə zərər dəyməyib. Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR