Qadın voleybolçular arasında CEV kubokunun qalibi müəyyənləşib

Qadın voleybolçular arasında CEV kubokunun qalibi müəyyənləşib
# 02 aprel 2012 08:06 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçular arasında CEV kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, analoji yarışda qitənin ən güclüsü adına İtaliyanın “Yamamay” klubu layiq görülüb.

Belə ki, onlar Türkiyənin “Qalatasaray” komandasına səfərdə 3:1 hesabı ilə uduzsalar da, evdə bunun qisasını alıblar – 3:1 (25:19, 26:13, 23:25, 25:23). Ardınca isə “Yamamay” “Qızıl set”də də “sarı-qırmızılar”a 15:9 hesabı ilə qalib gələrək, CEV kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, bu yarışda mübarizə aparan Bakının “İqtisadçı” klubunu məhz “Yamamay” 1/8 finalda mübarizədən kənarlaşdırmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR