Gəncə şəhər sakininin evində çoxlu sayda odlu silah və vasitələri aşkarlanıb

Gəncə şəhər sakininin evində çoxlu sayda odlu silah və vasitələri aşkarlanıb
# 17 aprel 2012 10:24 (UTC +04:00)
Bakı-APA. Gəncə şəhər sakinin evindən çoxlu sayda odlu silah və vasitələri aşkarlanıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşayanlar Muraz Rəhimov və Samir Rzayev şübhəli şəxs qismində polisə gətiriliblər. M. Rəhimovdan 1 ədəd qumbara alışdırıcısı, S.Rzayevdən isə 1 ədəd qumbara aşkar edilərək götürülüb.
M. Rəhimovun Gəncə şəhərindəki evinə baxış zamanı, oradan atası Saray Rəhimova məxsus 2 ədəd qumbara, 1 ədəd alışdırıcı, 100 qram barıt, 1 ədəd mərmi, 603 ədəd müxtəlif çaplı patron, 1 ədəd xəncər, 1 ədəd ov bıçağı, 1 ədəd "TOZ-8" tüfəngi, 1 ədəd ov tüfəngi, 1 ədəd tir tüfəngi, 2 ədəd patron darağı, 1 ədəd kaska, 1 ədəd maska və zəhərli maye aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR