Bakıda qəza törədən sürücü taksiyə minərək hadisə yerindən uzaqlaşıb - FOTOSESSİYA - VİDEO

Bakıda qəza törədən sürücü taksiyə minərək hadisə yerindən uzaqlaşıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 oktyabr 2014 03:33 (UTC +04:00)

Bakı-APA. Gecə saatlarında Xəzər rayonu Mərdəkan qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. APA-nin məlumatına görə, qəza Mərdəkan-Buzovna yolundakı yol ayrıcında qeydə alınıb. Hələlik kimliyi məlum olmayan "Toyota" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Avtomobil yol ayrıcındakı dəmir qoruyuculara çırpılıb. Xoşbəxtlikdən ölən olmasa da avtomobil yararsız vəziyyətə düşüb. Sürücü isə taksiyə minərək ərazidən uzaqlaşıb.

Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Avtomobil evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR