Azərbaycanda kassa aparatları və POS-terminalların elektron qeydiyyatına başlanılıb

Azərbaycanda kassa aparatları və POS-terminalların elektron qeydiyyatına başlanılıb
# 09 fevral 2012 10:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda nəzarət-kassa aparatlarının (NKA) və POS-terminalların elektron qeydiyyatına başlanılıb. «APA-Economics»in xəbərinə görə, bunu Vergilər Nazirliyi İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib.

Onun sözlərinə görə, ötən ilin sonundan tətbiq olunan sistemə əsasən vergi ödəyiciləri NKA-ların qeydiyyatı üçün Vergilər Nazirliyinə gəlməsinə ehtiyac yoxdur: «Onlar bunu müvafiq onlayn kargüzarlıq sisteminə müraciət etməklə həyata keçirə bilərlər».

Bundan başqa, ölkədə nağdsız hesablaşmaların stimullaşdırılması üçün POS-terminalların da elektron qeydiyyatına başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR