BSU-da “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının müzakirəsi keçirilib

BSU-da “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının müzakirəsi keçirilib
# 14 oktyabr 2014 13:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Oktyabrın 14-də Bakı Slavyan Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə universitetdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının müzakirəsi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev monoqrafiya ilə bağlı geniş məlumat verib.

“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyası mövzu baxımından ölkəmiz və millətimiz üçün çox dəyərlidir. Akademik Ramiz Mehdiyev bu kitabla bilavasitə dövlətin sözünü deyib. Mühim tarixi faktlar əsasında yazılmış kitab Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr olunub. Müəllif ilkin mənbələrə və elmi ədəbiyyata istinad edərək, Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti oxuculara təqdim edir”, - deyə o bildirib.

Kitabın Rusiyada çap olunmasını xüsusilə vurğulayan A. Hacıyev qeyd edib ki, bu Azərbaycan üçün mühim siyasi addımdır.

Tədbirdə Bilik Fondunun icraçı direktoru O. Səmədov və qurumun digər nümayəndələri, BSU-nun rəhbər heyəti, müəllimləri və tələbələri də iştirak edib.

Bilik Fondunun monoqrafiyanın müxtəlif dillərə tərcümə edilməsi, universitet rəhbərliyinin isə Qarabağ tarixinin ayrıca bir fənn kimi təhsil ocaqlarında tədrisi və fənnin tədrisində monoqrafiyadan istifadə olunması ilə bağlı fikirləri xüsusilə maraqlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR