Azərbaycanda sığorta müqavilələrinin elektronlaşdırılması təklif edilir

Azərbaycanda sığorta müqavilələrinin elektronlaşdırılması təklif edilir
# 28 noyabr 2014 12:16 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Həyat sığortası komitəsinin iclası keçirilib.

ASA-dan “APA-Economics”ə verilən məlumata görə, iclasda sığorta sahəsində sənəd mübadiləsi prosesinin sadələşdirilməsi məqsədi ilə elektron imzadan istifadə edilməsi, sığorta müqavilələrinin elektron qaydada bağlanması məsələsi müzakirə edilib.

Bundan başqa, toplantı iştirakçıları həyatın yaşam (yığım) və həyatın ölüm halından sığortası, fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta, ipoteka sığortası mövzularında müzakirələr aparıblar, müvafiq qərarlar qəbul olunub.

Həmçinin ASA tərəfindən xarici mütəxəssislərin iştirakı ilə həyat sığortası sahəsində seminarların təşkil edilməsi də müzakirə obyekti olub.

İclasda ASA-nın sədri Orxan Bayramov, hüquqşünası Cavid Məhərrəmov, adıçəkilən komitənin sədri - “PAŞA Həyat” sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov və s. iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR