Azərbaycanda dövlət uşaq bağçalarına uşaq qəbulu qaydaları dəyişdirilib

Azərbaycanda dövlət uşaq bağçalarına uşaq qəbulu qaydaları dəyişdirilib
# 09 oktyabr 2012 08:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi «Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi»ndə nəzərdə tutulub.

Nizamnaməyə əsasən, dövlət məktəbəqədər uşaq müəssisələrinə (yəni, uşaq bağçalarına) ilk növbədə işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçıları və əlillərinin, hərbi xidmətdə olan ataların, işsiz valideynlərin uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

Əvvəlki qaydalardan fərqli olaraq bu qaydalarda Qarabağ müharibəsi iştirakçıları və əlillərinin, hərbi xidmətdə olan ataların, işsiz valideynlərin uşaqlarına üstünlük hüququ verilib. Əvəzində əkiz uşaqlara verilən üstünlük ləğv edilib.

Nümunəvi Nizamnaməyə əsasən, bundan sonra uşaqları bağçaya qəbul edəndə valideynlərin gəlirləri barədə sənəd tələb olunmayacaq.

Digər yenilik ondan ibarətdir ki, yeni nizamnaməyə əsasən, bağçalara 1 yaşınadək uşaqlar qəbul edilməyəcək. Belə ki, sənəddə məktəbəqədər təhsil müəssisəsində qruplar 1-6 yaş arasında olan uşaqlardan təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR