“Azər-Türk Bank” III rübü mənfəətlə başa vurub

“Azər-Türk Bank” III rübü mənfəətlə başa vurub
# 22 oktyabr 2014 14:01 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Azər-Türk Bank”ın aktivlərinin həcmi 2014-cü ilin III rübündə 91,176 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,44% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,69% artaraq 68,249 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 37,656 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 36,91% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi İyul 1-nə 1,917 mln. manat olub ki, bununda 0,777 mln. manatı ipoteka fondunun xətti ilə verilmiş kreditlərə aiddir.

Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 13,50% artaraq 5,825 mln. manat olub.

Bankın depozit portfeli 2014-cü ilin III rübünə 1,81% azalaraq 39,090 mln. manat, əhalinin əmanətlərinin həcmi isə 23,364 mln. manat olub ki, bu da illik müqayisədə 73,45% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 14,50% artaraq 17,415 mln. manata çatdığı halda, nizamnamə kapitalı 9,83% artaraq 13,447 mln. 32 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 59,40% artaraq 13,600 mln. manat, xərcləri isə 67,95% artaraq 12,072 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 1 mln. 527.50 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 4 filialı, 9 bankomatı, 48 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR