Amerika Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş inşa müsabiqəsinin qalibi olan amerikalı məktəblilərlə görüş keçirilib

Amerika Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş inşa müsabiqəsinin qalibi olan amerikalı məktəblilərlə görüş keçirilib
# 27 iyun 2012 07:52 (UTC +04:00)
APA-nın məlumatına görə, inşa müsabiqəsinin qalibləri ölkəmizə iyunun 20-də gəliblər. Müsabiqə Ümumbəşəri Məsələlərin Tədqiqatı üzrə Amerika Şurası tərəfindən ötən ilin dekabrında elan olunub və bu il martın 1-də başa çatıb. Amerikalı məktəbliləri səfərdə Şuranın proqram rəhbəri Altea Qeorqantas və Azərbaycanın Santa Fe şəhərində fəxri konsulu Emmit MakXaffi müşayiət edir.

Qonaqlar səfərin ilk günü Heydər Əliyev Fondu ilə tanış olublar. Daha sonra onlar Muğam Mərkəzinə baş çəkib, Milli Park və İçərişəhərdə gəzintiyə çıxıblar.

İyunun 28-dək davam edəcək səfər çərçivəsində qonaqlar Xəzər Energetika Mərkəzində, Azərbaycan Diplomatik Akademiyasında, ABŞ səfirliyində, Amerika Mərkəzində olacaqlar. Bundan başqa heyətin Azərbaycan Dövlət Tarix Muzeyi, Müasir İncəsənət Muzeyi, Qala Dövlət Tarix-Etnoqrafiya Muzeyi ilə tanışlığı nəzərdə tutulur. Proqrama Qəbələyə səfər də daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR