“Rabitə” voleybol klubu yeni baş məşqçisini təqdim edəcək

“Rabitə” voleybol klubu yeni baş məşqçisini təqdim edəcək
# 30 iyul 2012 12:40 (UTC +04:00)
Bakı-APA. “Rabitə” klubu yeni baş məşqçisinin təqdimat mərasimini keçirəcək. Apasport.az saytının məlumatına görə, son dünya çempionu italiyalı mütəxəssis Marçello Abbondanzanı ictimaiyyətə təqdim edəcək. Tədbir “Park İnn” otelində baş tutacaq. Təqdimat mərasimi saat 12:00-da başlayacaq.

Qeyd edək ki, yeni baş məşqçi həmin mərasimdə “Rabitə”nin qatılacağı yarışlar - dünya çempionatı, Çempionlar Liqası və Azərbaycan çempionatındakı hədəflərini açıqlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR