Azərbaycanda bank kreditləşməsinin 35%-i istehlak kreditlərinin payına düşür

Azərbaycanda bank kreditləşməsinin 35%-i istehlak kreditlərinin payına düşür
# 15 avqust 2012 14:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan iqtisadiyyatına yatırılan kredit qoyuluşlarının ümumi həcmi 2012-ci il iyulun 1-nə 10 834,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,0% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kreditlərin 35,1%-i ev təsərrüfatlarına verilib.

Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin payı 26,7%, inşaat və əmlak sahəsinin payı 9,3%, sənaye və istehsalın payı 5,9%, kənd təsərrüfatı və emalın payı 4,7%, nəqliyyat və rabitə sahəsinin payı 3,8%, energetika, kimya və təbii ehtiyatlar sahəsinin payı 2,5%, digər sahələrin payı isə 12,0% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR