Azərbaycan ərazisində sabahdan yağıntılar kəsiləcək, temperatur yüksələcək

Azərbaycan ərazisində sabahdan yağıntılar kəsiləcək, temperatur yüksələcək
# 17 mart 2012 09:11 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, martın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.

Martın 18-də bölgələrdə də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz saatlarında əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

G. Məmmədova deyib ki, martın 19-20-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə saatlarında 1-4 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq. Mərkəzi Aran rayonlarında martın 19-20-də havanın temperaturu günorta saatlarında 12-17, dağlarda 9-14 dərəcə isti təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR