Son günlər yağan yağışlar Salyanda fəsadlar törədib

Son günlər yağan yağışlar Salyanda fəsadlar törədib
# 04 dekabr 2014 12:30 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Son günlər yağan yağışlar Salyan rayonunda fəsadlar törədib.

Sakinlərin APA-nın Mil-Muğan bürosuna verdikləri məlumata görə, son günlər havaların yağmurlu keçməsi Salyan şəhərində yerləşən fərdi yaşayış evlərinə ciddi ziyan vurub. Aramsız yağan yağışlar nəticəsində bir sıra evlər su içində qalıb. Daha çox Salyan şəhərinin Yusif Zeynalov küçəsində 10-dan çox fərdi yaşayış evinin həyətləri və zirzəmiləri su ilə dolub. Çiy kərpicdən və özülləri zəif evlər üçün təhlükə yaranıb. Bəzi yerlərdə həyətyanı sahələrdə qalan yağış sularının səviyyəsi 20-30 santimetrə çatıb.

Salyan Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, yağışların normadan artıq yağması Yusif Zeynalov keçəsində fərdi yaşayış evlərinin həyətlərinin su ilə dolmasına səbəb olub. Həyətlərdə yığılıb qalmış yağış sularının çəkilib qurudulması üçün hazırda lazımi tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR