Azərbaycanın müdafiə naziri Litvanın parlament sədri və baş naziri ilə görüşlər keçirib

Azərbaycanın müdafiə naziri Litvanın parlament sədri və baş naziri ilə görüşlər keçirib
# 18 sentyabr 2012 15:12 (UTC +04:00)
Bakı – APA. Litvada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Litva parlamentinin sədri xanım İrena Dequtuiene və baş nazir Andrius Kubilius ilə görüşlər keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər iki görüşdə ölkələrarası münasibətlərin inkişafı və hərbi əməkdaşlıq məsələləri geniş müzakirə edilib.

S. Əbiyev Litva parlamentinin sədrinə və baş nazirə regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı çətinliklər barədə ətraflı məlumat verib.

İ. Dequtuiene isə bildirib ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin bu yöndə həllini arzulayır.

Günün sonunda Azərbaycanın müdafiə naziri Litva Milli Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən enerji təhlükəsizliyi mərkəzində olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR