“Azəriqaz” Maliyyə Nazirliyini məhkəməyə verib
23 aprel 2012 10:50 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 5 saylı Xəzinədarlıq İdarəsini məhkəməyə verib.
APA-nın məlumatına görə, İB-nin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində istifadə olunan qaza görə idarənin 935 manat borcunun olduğu göstərilib. Bu gün keçirilən proses zamanı idarənin nümayəndəsi Mirzə Mirzəyev bildirib ki, iddianı qəbul etmirlər. O, iddianın köhnə borclar əsasında hazırlandığını qeyd edib: “İstehsalat birliyi idarənin 1999-cu ilə qədər olan borcunun ödənilməsini istəyir. 2009-cu ildə prezidentin imzaladığı sərəncama əsasən, dövlət orqanlarının borclarının ödənilməsi müvəqqəti olaraq dayandırılıb. Bundan əlavə iddiada borcun məbləği də düzgün göstərilməyib. Buna görə də iddianı qəbul etmirik”.
İB-nin nümayəndəsi məhkəmədə iştirak etmədiyi üçün proses aprelin 24-dək təxirə salınıb.

Hadisə
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
22:58
19 may 2024
Göyçayda yol qəzası baş verib, xəsarət alan var - FOTO
19:32
19 may 2024
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
18:58
19 may 2024
Ağsuda yol çöküb, avtomobillərin hərəkətində problem yaranıb
16:12
19 may 2024