2 ABŞ hərbi gəmisi Liviya sahillərinə doğru irəliləyir

2 ABŞ hərbi gəmisi Liviya sahillərinə doğru irəliləyir
# 13 sentyabr 2012 03:49 (UTC +04:00)
Bakı-APA. ABŞ 2 hərbi gəmisini Liviya sahillərinə göndərib. Bu barədə APA Fox News-a istinadən məlumat verir. Müvafiq qərar Benqazidə ABŞ səfirinin öldürülməsindən sonra qəbul edilib. Həmçinin Liviyaya 50 ABŞ dəniz piyadası da göndərilib.

Fox News-un məlumatına görə, McFaul və Laboon eskadra mina gəmilərinin heyəti istənilən əmri yerinə yetirməyə hazırdırlar. Gəmilər Tomahawk raketləri ilə təchiz olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR