Qazaxda «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları» mövzusunda treninq keçirilib

Qazaxda «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları» mövzusunda treninq keçirilib
# 02 aprel 2012 10:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar üçün «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqdə Avropa Birliyinə (AB) ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, AB-nin “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramının (“GSP+”) əsas xüsusiyyətləri, sistemin biznes üçün rotensial faydası barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində həmçinin İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət rortalı, rortalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, rortaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR