“Dəmirbank” biznesin inkişafı üçün sərfəli kredit təklif edir

“Dəmirbank” biznesin inkişafı üçün sərfəli kredit təklif edir
# 03 sentyabr 2014 08:45 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “DəmirBank” sentyabrın 1-dən “Artdıqca Sərfəli” adlı kredit aksiyasına start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu aksiya çərçivəsində sahibkarlar dövriyyə vəsaitlərinin artırılması, yeni avadanlıqların alınması və digər məqsədlər üçün müraciət etdikləri kredit məbləği artdıqca, daha yüksək faiz endirimi əldə edə bilər.

Aksiya müddətində 5000 manatadək biznes krediti almaq üçün banka müraciət edən bütün müştərilərə 5%-ə qədər endirim tətbiq ediləcək. Belə ki, müştəri götürdüyü hər 100 manat məbləğə görə mövcud kredit faiz dərəcələrində 0,1% güzəşt əldə edəcək.

Aksiya 1 sentyabr - 31 oktyabr 2014-cü il tarixlərini əhatə edəcək.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR