Paşha Bank
Bank Of Baku

Kanada Rusiya xokkeyçilərinə viza verməkdən imtina edəcək

Mark Karni

© APA | Mark Karni

# 04 noyabr 2026 04:09 (UTC +04:00)

Kanada 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlində ölkədə keçiriləcək gənclər arasında dünya çempionatında iştirak etmək istəyən rusiyalı xokkeyçilərə viza verməyəcək.

APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Karni məlumat verib.

Onun sözlərinə görə, bu, Kanadanın müstəqil qərarıdır. Karni onu da əlavə edib ki, bəzi Avropa ölkələrinin xokkey federasiyaları da Rusiya ilə oyunlardan imtina edərək Kanadanı eyni addımı atmağa çağırıblar.

Qeyd edək ki, oktyabrın 30-da İdman Arbitraj Məhkəməsi (CAS) Beynəlxalq Buzüstü Xokkey Federasiyasına Rusiya komandalarının beynəlxalq yarışlara buraxılmasını tapşırıb. Lakin Almaniya, Çexiya, İsveç və Norveç bu qərardan narazılıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR