Bank Of Baku

Azərbaycan torpaqlarının işğalında mühüm rolu olan Samvel Babayan indi də Gürcüstanı müharibə ilə hədələyir

Azərbaycan torpaqlarının işğalında mühüm rolu olan Samvel Babayan indi də Gürcüstanı müharibə ilə hədələyir
# 15 dekabr 2006 08:48 (UTC +04:00)
Bu fikirlər qondarma “Dağlıq Qarabağ Respublikası ordusu”nun sabiq komandanı Samvel Babayana məxsusdur. APA-nın məlumatına görə, Babayan ermənilərin Naxçıvan və Cavaxetiyaya qarşı ərazi iddialarını 1988-1994-cü illərdə reallaşdırmaq imkanında olmadığını deyib. “Həmin illərdə biz Naxçıvan və Cavaxetiya problemini də qaldırsaydıq, bu, Gürcüstanla müharibəyə səbəb olardı. Digər tərəfdən Ermənistan şimaldan da tam blokadaya alınardı. Ermənistan iqtidarının yürütdüyü siyasət yanlışdır və ermənilərin maraqlarına cavab vermir. Hökumət Cavaxetiya məsələsinin mahiyyətini anlamır və Cavaxetiyaya anadan olmamış uşaq kimi baxırlar. Əgər Cavaxetiyada erməni-gürcü münaqişəsi başlasa, o zaman Ermənistan müşahidəçi mövqeyi tutmamalı və Cavaxetiyaya dərhal hərbi müdaxilə etməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR