Bank Of Baku

Vardan Oskanyan: “Danışıqlar Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında aparılmır”

Vardan Oskanyan: “Danışıqlar Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında aparılmır”
# 15 dekabr 2006 09:04 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində aparıldığına dair rəsmi Bakının bəyanatlarını təkzib edib. APA-nın “Arminfo”ya istinadən yaydığı məlumata görə, V. Oskanyan bu açıqlamanı Ermənistanın “N2” telekanalına müsahibəsində verib. Onun sözlərinə görə, bu bəyanatlar yalnız o halda doğru sayıla bilər ki, Azərbaycan tərəfi Dağlıq Qarabağda referendum keçiriləcəyi halda xalqın Azərbaycanın ərazi bütövlüyünə dəstək verəcəyinə əmin olsun: “Hazırda danışıqların Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində getdiyini söyləmək həqiqətə uyğun deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR