Bank Of Baku

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Dağlıq Qarabağa səfərini Azərbaycanla razılaşdıracaq

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Dağlıq Qarabağa səfərini Azərbaycanla razılaşdıracaq
# 19 dekabr 2006 09:55 (UTC +04:00)
Bununla bağlı APA-ya eksklüziv açıqlamasında Piter Semnebi özü bildirib. Onun dediyinə görə, səfərin dəqiq tarixi hələ məlum deyil. P.Semnebi onu da vurğulayıb ki, bu, Avropa Birliyi tərəfdən regiona ilk səfər deyil. Belə ki, öz fəaliyyəti dövründə Heyki Talvitye də qondarma “Dağlıq Qarabağ” ərazisinə səfər edib. Xüsusi nümayəndə onu da vurğulayıb ki, onun gözlənilən səfəri əvvəldən mütləq Azərbaycan tərəfi ilə razılaşdırılacaq.
Piter Semnebi Azərbaycan və Ermənistana etdiyi son səfərinin nəticələrini şərh edərkən isə münaqişənin həllinin ancaq iki tərəfin siyasi iradəsindən asılı olduğunu vurğulayıb: “Mən ümid edirəm ki, 2007-ci il ötən illə müqayisədə danışıqlar üçün daha uğurlu olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR