Bank Of Baku

ATƏT sədri Karel de Quxt: “Gələn il Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşma əldə oluna bilər”

ATƏT sədri Karel de Quxt: “Gələn il Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşma əldə oluna bilər”
# 19 dekabr 2006 15:11 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Belçikanın xarici işlər naziri, ATƏT sədri Karel de Quxt “Armenpress”ə açıqlamasında söyləyib. Onun sözlərinə görə, tərəflərin müzakirə etdiyi əsas həll prinsipləri danışıqlar prosesində irəliləyişlərə əsas verir. Karel de Quxt gələn il Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşma əldə olunacağını istisna etməyib. “Azərbaycan və Ermənistan prezidentləri arasında Minskdə keçirilən son görüşdə nizamlama prosesinin əsas prinsiplərinə dair mövqe yaxınlaşmasına nail olunub. Ümidvaram ki, gələn il prezidentlər səylərini artıraraq nizamlama prosesini sürətləndirəcəklər”. Karel de Quxt nizamlama prosesinin əsaslarına dair sənəndin hazırlanmasında aktiv iştirakına görə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə təşəkkürünü bildirib. Qeyd edək ki, yanvarın 1-də Karel de Quxtun ATƏT sədri səlahiyyətləri başa çatır. Onu bu postda İspaniyanın xarici işlər naziri Miqel Anhel Moratinos əvəz edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR