Bank Of Baku

AŞPA məruzəçisi Edvard Ohara: “İrəvanda Şuşanın işğalını simvollaşdıran abidənin ucaldılması düzgün addım deyil”

AŞPA məruzəçisi Edvard Ohara: “İrəvanda Şuşanın işğalını simvollaşdıran abidənin ucaldılması düzgün addım deyil”
# 17 yanvar 2007 15:33 (UTC +04:00)
Mədəniyyət sahəsində missiyasının tezliklə başa çatacağını bildirən Ohara İrəvanda Şuşanın işğalını simvollaşdıran abidənin ucaldılması məsələsini siyasiləşdirməyin tərəfdarı olmadığını deyib. “Bununla belə mən qeyd olunan məsələ ilə yaxından məşğul olacağam. Monitorinq Qrupunun üzvləri bununla bağlı məlumatlandırılacaq. Rəhbərlik etdiyimi missiyanın regiona səfəri zamanı İrəvanda qeyd olunan abidənin ucaldılması ilə bağlı məsələni araşdıracağam”. Edvard Ohara AŞPA Cənubi Qafqazda mədəni abidələrin vəziyyətinin monitorinq missiyasının regiona yazda səfər edəcəyini bildirib. “Payızda regiona səfərimizin baş tutmamağı hava şəraiti ilə əlaqədar idi. Bundan başqa missiya üzvləri bəzi məsələlər barədə razılığa gələ bilməmişdilər. Missiya regiona səfər zamanı Dağlıq Qarabağ, Naxçıvan və Ermənistanda mədəni-tarixi abidələrin vəziyyətini dəyərləndirəcək”. Qeyd edək ki, İrəvan meriyası şəhərin mərkəzində Şuşanın işğal olunduğu günə həsr olunmuş abidə ucaldılması barədə qərar qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR