Bank Of Baku

Piter Semnebi: “Azərbaycan icazə versə, Dağlıq Qarabağa missiya göndərəcəyik”

Piter Semnebi: “Azərbaycan icazə versə, Dağlıq Qarabağa missiya göndərəcəyik”
# 23 yanvar 2007 14:28 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi verib. O, Azərbaycana missiyanın göndərilməsinin rəsmi Bakını həmin missiyaya analoji tədbirlər həyata keçirməyə icazə verəcəyindən asılı olduğunu deyib. “Əgər, Azərbaycan bu kimi tədbirlərə icazə versə, o zaman göndərilən missiya Dağlıq Qarabağ ərazisinə də baş çəkəcək. Missiyanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində etimad mühitinin yaradılması üçün əlavə tədbirlər görməkdir”. Piter Semnebi Bakıya fevralın əvvəllərinə planlaşdırdığı səfərin Brüsseldə işlərinin çox olması ilə əlaqədar təxirə salındığını deyib. Avropa İttifaqının təmsilçisi səfərin ən azı bir ay təxirə düşdüyünü vurğulayıb. Qeyd edək ki, Avropa İttifaqının Gürcüstana göndərdiyi missiyasının məqsədi Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti çərçivəsində imzalanmış Fəaliyyət Planı ilə əlaqədar münaqişə zonalarında müəyyən tədbirlərin həyata keçirilməsidir. Missiyanın 15-22 yanvarda Tiflis, Sxinvali və Suxumidə görüşlər keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR