Bank Of Baku

Vardan Oskanyan: “Danışıqlar masasında olan sənədlər münaqişənin 2007-ci ildə həll olunacağını söyləməyə əsas verir”

Vardan Oskanyan: “Danışıqlar masasında olan sənədlər münaqişənin 2007-ci ildə həll olunacağını söyləməyə əsas verir”
# 20 fevral 2007 12:46 (UTC +04:00)
“Dağlıq Qarabağ münaqişəsinin 2007-ci ildə həll olunacağını istisna etmirəm”. APA-nın məlumatına görə, bu fikirləri Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerlə keçirdiyi birgə mətbuat konfransında Ermənistan xarisi siyasət idarəsinin rəhbəri Vardan Oskanyan söyləyib. Oskanyan münaqişənin nizamlanması prosesi ətrafında alman həmkarı ilə müzakirələr apardığını deyib. “Artıq 14 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak edirəm. Münaqişənin həllinə dair son nöqtəyə yaxınlaşdığımız vaxtlar çox olub, lakin son anda problemin həlli təxirə salınıb. Bu gün danışıqlar masasında olan sənədlər münaqişənin 2007-ci ildə həll oluna biləcəyini söyləməyə əsas verir. Lakin bir çox məsələlər hələ də həllini tapmayıb. Ermənistanda parlament seçkilərindən sonra danışıqlar bərpa olunacaq. Azərbaycan və Ermənistanın mövqeyini nəzərə alsaq, bu il nizamlanma prosesində bir çox irəliləyiş əldə olunacağını gözləməyə dəyər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR