Bank Of Baku

Almaniyanın xarici işlər naziri: “Danışıqlar prosesi elə nöqtəyə çatıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması uğurla nəticələnə bilər”

Almaniyanın xarici işlər naziri: “Danışıqlar prosesi elə nöqtəyə çatıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması uğurla nəticələnə bilər”
# 20 fevral 2007 13:31 (UTC +04:00)
“Əminəm ki, Dağlıq Qarabağ münaqişəsini 2007-ci ildə nizamlamaq mümkün olacaq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə İrəvanda səfərdə olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer verib . O, Almaniyanın bu münaqişənin həllinə böyük önəm verdiyini deyib: “Son zamanlar hazırlanmış sənədlərə əsasən demək olar ki, münaqişə tərəfləri 2007-ci ildə münaqişənin nizamlanması yollarını tapmağa müvəffəq olacaqlar. Tərəflərin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin səyləri nəticəsində danışıqlar elə bir nöqtəyə çatıb ki, nizamlanma prosesi uğurla nəticələnə bilər. Bütün tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hazırdır. Həm Azərbaycan, həm də Ermənistanda danışıqlar prosesinə eyni qiyməti verirlər. Hər iki tərəf və ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqları yeni formaya çatdırana kimi davam etdirməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR