Bank Of Baku

Leo Platvoet: “Dağlıq Qarabağ münaqişəsi zamanı 4604 azərbaycanlı və 947 erməni itkin düşüb”

Leo Platvoet: “Dağlıq Qarabağ münaqişəsi zamanı 4604 azərbaycanlı və 947 erməni itkin düşüb”
# 20 fevral 2007 15:04 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının itkin düşmüş şəxslərlə bağlı məruzəçisi Leo Platvoetin məruzəsində bildirilir. Sənəddə qeyd olunur ki, regionda ümumilikdə 7643 nəfər itkin düşüb. Onlardan 4604-ü azərbaycanlı, 947-si ermənidir. Bu şəxslər Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşüblər. Abxaziya münaqişəsi zamanı 1763 gürcü və 197 abxaz, Cənubi Osetiya münaqişəsi zamanı isə 10 gürcü və 122 osetin itkin düşüb. Məruzədə deyilir ki, hər üç ölkədən itkin düşənlərin bəzilərinin sağ olduğuna dair siqnallar daxil olur: “Bu, siyasi yox, humanitar məsələdir. Yaxşı olar ki, tərəflər məsələyə bu aspektdən yanaşsınlar”. L. Platvoet adı çəkilən ölkələri itkin düşmüş şəxslərin məsələsi ilə bağlı sıx əməkdaşlığa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR