Bank Of Baku

Leo Platvoet: “İtkin düşmüş şəxslərlə bağlı problemin həllində Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyadakı üsul-idarələr də iştirak etməlidir”

Leo Platvoet: “İtkin düşmüş şəxslərlə bağlı problemin həllində Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyadakı üsul-idarələr də iştirak etməlidir”
# 21 fevral 2007 09:13 (UTC +04:00)
APA-nın məlumatına görə, bu Avropa Şurası Parlament Assambleyasının Cənubi Qafqazda itkin düşmüş şəxslərlə bağlı məruzəçisi Leo Platvoetin məruzəsində əksini tapıb. Məruzədə qeyd olunur ki, itkin düşmüş şəxslərlə bağlı problemin həllində təkcə Azərbaycan, Ermənistan, Gürcüstan hökumətləri yox, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyadakı üsul-idarələr də iştirak etməlidir, çünki məsələnin həlli yalnız bütün tərəflərin iştirakı ilə mümkündür. Ona görə də AŞPA bütün tərəfləri problemin həlli üçün göstərilən səylərə tam dəstək verməyə, məsələyə siyasi yox, humanitar prizmadan yanaşmağa, yalnız beynəlxalq standartlar çərçivəsində hərəkət etməyə, atacaqları addımları Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə razılaşdırmağa, bütün faktları toplamağa, biri-birləri ilə əlaqələr yaratmağa, itkin düşənlərin ailələri arasında əlaqələr qurmağa çağırır. AŞPA Ermənistanı bu məsələ üzrə işçi qrupu yaratmağa, Azərbaycanla işçi qaydada əlaqələr qurmağa, faktların toplanmasını başa çatdırmağa, qarşı tərəflə informasiya mübadiləsi etməyə, Azərbaycanı Cenevrə Konvensiyasına əlavə olunmuş iki protokolu ratifikasiya etməyə, Ermənistan və Dağlıq Qarabağda bu məsələ məşğul olan komissiyalarla işçi qaydada əlaqələri inkişaf etdirməyə, faktların toplanmasını başa çatdırmağa, qarşı tərəflə informasiya mübadiləsi aparmağa, Dağlıq Qarabağdakı üsul-idarəni isə Azərbaycandakı müvafiq komissiya ilə əlaqələr inkişaf etdirməyə, faktların toplanmasını başa çatdırmağa, qarşı tərəflə informasiya mübadiləsi aparmağa çağırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR