Bank Of Baku

Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ilə bağlı 11 ölkədə silsilə tədbirlər keçirəcək

Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ilə bağlı 11 ölkədə silsilə tədbirlər keçirəcək
# 21 fevral 2007 10:30 (UTC +04:00)
Fonddan APA-ya verilən məlumata görə, layihə çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin Xocalıda törətdiyi soyqırımı ilə bağlı Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə və Gürcüstanda silsilə tədbirlər keçiriləcək. Xarici ölkələrdə keçiriləcək anma mərasimləri Heydər Əliyev Fondunun ingilis, rus və türk dillərində hazırladığı “Xocalı soyqırımı” filminin nümayişi ilə başlayacaq. Mərasimə dəvət olunanlar Ermənistan Silahlı Qüvvələrinin Xocalıda törətdiyi vəhşilikləri əks etdirən fotoşəkillərin ekspozisiyası və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində yer alan Xocalı faciəsindən bəhs edən materiallarla tanış olacaqlar. Bu tədbirlərdə Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar da təqdim olunacaq. Müxtəlif ölkələrdə həyata keçiriləcək bu aksiyalarda Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” toplusunun geniş ictimaiyyət arasında yayımı da nəzərdə tutulub. İctimai rəy formalaşdırmağa yönələn bu kimi tədbirlər Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Lidiçe, Tiflis, Vyana, Sankt-Peterburq və Budapeşt sakinlərinə Xocalı soyqırımı haqqında obyektiv və dürüst informasiya almağa imkan yaradacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR