Bank Of Baku

Leo Platvoet ATƏT-in Minsk Qrupunu itkin düşənlərin məsələsi ilə bağlı fəal rol oynamağa çağırır

Leo Platvoet ATƏT-in Minsk Qrupunu itkin düşənlərin məsələsi ilə bağlı fəal rol oynamağa çağırır
# 21 fevral 2007 14:08 (UTC +04:00)
“İtkin düşmüş şəxslərlə bağlı Balkanlarda mövcud olan təcrübədən Cənubi Qafqazda da istifadə oluna bilər. Proses uzandıqca itkin düşənlərin öz ailələrinin yanına qayıdacağına olan ümidlər də azalır”. APA-nın xəbərinə görə, bu sözlər Avropa Şurası Parlament Assambleyasının Cənubi Qafqazda itkin düşmüş şəxslərlə bağlı məruzəçisi Leo Platvoetin məruzəsində əksini tapıb. Sənədə əsasən AŞ Nazirlər Komitəsi münaqişə zamanı və münaqişədən sonra itkin düşənlərin və onların ailələrinin hüquqlarının müdafiəsi ilə bağlı qətnamə hazırlamağa, işgəncələrə dair Avropa Komitəsi isə itkin düşənlərin gizli yerlərdə saxlanıldığına dair bəyanatları yoxlamağa, həmçinin lazım gələrsə regiona səfərlər etməyə çağırılır. Məruzədə itkin düşənlərin məsələsi ilə bağlı Bakıda, İrəvanda və Xankəndində yaradılmış komissiyaların fəaliyyəti tənqid olunur: “Ermənistanda Müdafiə Nazirliyi tərəfindən yaradılan komissiyanın tərkibinə itkin düşənlərin ailə üzvləri daxil edilməyib. Azərbaycanda da bu cür problem var. Dağlıq Qarabağda yaradılmış komissiya Azərbaycanla qətiyyən əməkdaşlıq etmir. Azərbaycan və Ermənistandakı komissiyalar arasında da əməkdaşlıq yoxdur”. L. Platvoet bildirib ki, bu məsələdə ATƏT-in Minsk Qrupunun fəal rol oynaması yaxşı olardı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR