Bank Of Baku

Aqşin Mehdiyev: ““Dondurulmuş münaqişələr”lə bağlı qətnamə layihəsi BMT Bas Assambleyasının 2007-ci ilin sentyabrına kimi davam edəcək sessiyasında səsverməyə çıxarılacaq”

Aqşin Mehdiyev: ““Dondurulmuş münaqişələr”lə bağlı qətnamə layihəsi BMT Bas Assambleyasının 2007-ci ilin sentyabrına kimi davam edəcək sessiyasında səsverməyə çıxarılacaq”
# 28 fevral 2007 08:26 (UTC +04:00)
Bu bərədə APA-nın ABŞ bürosuna Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev məlumat verib. Diplomat ATƏT-in Minsk Qrupu həmsədrlərinin bir müddət əvvəl bu konfliktlərin BMT-də müzakirə edilməsinin düzgün olmadığı barədə bəyanatı ilə də razılaşmayıb. A. Mehdiyevin sözlərinə görə, BMT Bas Assambleyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edəcəyi istənilən qətnamə beynəlxalq hüquq normalarına əsaslanacaq və dünyanın ən nüfuzlu təşkilatının mövqeyini ortaya qoyacaq. Bu isə, öz növbəsində, münaqişə ilə yaxından məşğul olan ATƏT və digər beynəlxalq qurumları həmin normalar çərçivəsində hərəkət etməyə məcbur edəcək. Səfir bildirib ki, məhz bu səbəbdən Ermənistan hər vəchlə adı çəkilən qətnamə layihəsinin səsverməyə çıxarılmasına mane olmaq istəyir.
A. Mehdiyev cəbhə xəttində ötən il qeydə alınmış yanğınlarla bağlı ATƏT-in hazırladığı hesabatın artıq BMT-yə daxil olduğunu deyib. Onun sözlərinə görə, hesabatda yanğınların kim tərəfindən törədildiyi göstərilməyib. Səfir hesabatın tövsiyələr hissəsində münaqişə xəttində müştərək komissiyaların yaradılması və ATƏT tərəfindən yerli sakinlərə kənd təsərrüfatı texnikası yardım edilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR