Bank Of Baku

Xəzər İbrahim: “Azərbaycan Dağlıq Qarabağın statusunu yalnız öz ərazi bütövlüyü çərçivəsində görür”

Xəzər İbrahim: “Azərbaycan Dağlıq Qarabağın statusunu yalnız öz ərazi bütövlüyü çərçivəsində görür”
# 21 aprel 2008 11:18 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Azərbaycan Dağlıq Qarabağın statusunu yalnız öz ərazi bütövlüyü çərçivəsində görür və bu, belə də olacaq. Başqa bir variant, başqa bir yol yoxdur”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bəyan edib. “Tərəflər kompromisə getsələr, münaqişə tez bir zamanda həll oluna bilər” deyən ABŞ dövlət katibi Kondoliza Raysın söylədiklərinə münasibət bildirən diplomat ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi danışıqlar prosesində fəal iştirak etdiyini xatırladıb: “Amma biz ABŞ-dan Ermənistana daha düzgün mesajlar verməsini gözləyirik. Azərbaycanın prinsipial mövqeyi həm ABŞ, həm də digər həmsədr ölkələrə bəllidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR