Bank Of Baku

Demokratik Seçki Mərkəzi: Minsk Qrupunun məqsədi Azərbaycanı Dağlıq Qarabağın itirilməsi faktı ilə barışmağa məcbur etməkdir

Demokratik Seçki Mərkəzi: Minsk Qrupunun məqsədi Azərbaycanı Dağlıq Qarabağın itirilməsi faktı ilə barışmağa məcbur etməkdir
# 21 aprel 2008 14:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Demokratik Seçki Mərkəzi (DSM) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan xalqına müraciət edib. DSM-dən APA-ya verilən məlumata görə, müraciətdə beynəlxalq təşkilatların - BMT-nin, ATƏT-in, Avropa Birliyinin, Avropa Şurasının və NATO-nun münaqişənin həlli istiqamətindəki fəaliyyəti pislənilir, Ermənistanın işğalçılıq siyasətinin bu qurumlar tərəfindən dəstəkləndiyi bildirilir: “Münaqişənin sülh yolu ilə həll edilməsinə dair Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında “Bişkek protokolu”nun imzalanmasından 14 il keçməsinə baxmayaraq, bu sahədə heç bir irəliləyiş yoxdur. Vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti göstərir ki, onlar problemin beynəlxalq hüquq normaları əsasında həllində maraqlı deyillər. Bu qrupun məqsədi sülh danışıqları adı altında münaqişənin həllini uzatmaq, sonda isə Azərbaycanı Dağlıq Qarabağın itirilməsi faktı ilə barışmağa məcbur etməkdir”. Müraciətdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina edilməsinin zəruriliyi də vurğulanır: “Münaqişənin beynəlxalq hüquq normalarına uyğun həlli üçün Azərbaycan BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR