Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
# 23 aprel 2008 07:20 (UTC +04:00)
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 22-də saat 14.15-dən aprelin 23-ü saat 01.25-dək ara-sıra Ermənistanın Berd, İcevan və Noyemberyan rayonları sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonları ərazisindəki mövqelərini, saat 14.35-dən 14.45-dək və aprelin 23-də saat 07.10-dan 07.20-dək Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 14.45-dən 22.50-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 21.50-dən aprelin 23-ü saat 00.45-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 21.45-dən 22.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.50-dən aprelin 23-ü saat 00.35-dək Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR