Bank Of Baku

Bakıda “Qondarma erməni soyqırımı: günümüzün reallıqları” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Qondarma erməni soyqırımı: günümüzün reallıqları” mövzusunda dəyirmi masa keçirilib
# 23 aprel 2008 11:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi “Qondarma erməni soyqırımı: günümüzün reallıqları” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, birliyin sədri Esmira Orucova bildirib ki, dünya ictimaiyyəti ermənilərin yalan və iftira üzərində qurulan soyqırım siyasəti qarşısında acizlik göstərir. Super dövlətlər isə qondarma “erməni soyqırım”ından Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edir. E. Orucovanın sözlərinə görə, ermənilər türklər tərəfindən heç vaxt soyqırımına məruz qalmayıblar. Çünki Osmanlı dövlətinin ərazisində yaşayan ermənilərə qarşı diskriminasiya siyasəti aparılmayıb. “Vətəndaşların sosial rifahı naminə” İctimai Birliyinin sədri İradə Rzazadə isə aprelin 24-ün qondarma “soyqırımı günü” kimi qəbul olunmasında keçmiş SSRİ-nin xüsusi rolunun olduğunu qeyd edib. Onun sözlərinə görə, SSRİ zamanında İrəvan şəhərində bu günlə bağlı böyük abidə inşa edilib, o cümlədən həmin təqvim rəsmi şəkildə “ümumxalq hüzn günü” kimi qeydə alınıb. İ. Rzazadə deyib ki, Azərbaycan və Türkiyə yalnız tarixi faktları açıqlamaqla, ermənilərin yalanlarının qarşısını ala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR