Bank Of Baku

Dövlət Komissiyası Azərbaycan Ordusunun əsgəri Yaqub Muxtarovun erməni əsirliyindən azad edilməsi haqqında rəsmi məlumat yayıb

Dövlət Komissiyası Azərbaycan Ordusunun əsgəri Yaqub Muxtarovun erməni əsirliyindən azad edilməsi haqqında rəsmi məlumat yayıb
# 23 aprel 2008 12:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əsirin Azərbaycana təhvil verilməsi ilə bağlı yaydığı məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, Dövlət Komissiyası İşçi qrupunun beynəlxalq təşkilatlarla müntəzəm apardığı səmərəli danışıqlar nəticəsində Yaqub Muxtarov bu gün Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində əsirlikdən azad olunaraq Azərbaycanın Müdafiə Nazirliyinə təhvil verilib. Prosesdə Dövlət Komissiyası İşçi qrupunun, Müdafiə Nazirliyinin və neytral vasitəçi qismində Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları iştirak edib. Tədbir beynəlxalq humanitar hüquq normalarına uyğun keçirilib və insidentsiz başa çatıb.
Qeyd edək ki, Yaqub Muxtarov bu il martın 9-da Ermənistan Silahlı Qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR