Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 24 aprel 2008 07:27 (UTC +04:00)
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 23-də saat 16.40-dan aprelin 24-ü saat 00.30-dək ara-sıra Ermənistanın Berd və Krasnoselsk rayonları sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları ərazisindəki mövqelərini, saat 10.40-dən 23.45-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 12.15-dən 21.20-dək ara-sıra Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 12.15-dən aprelin 24-ü saat 00.45-dək fasilələrlə Ağdam rayonunun Mərzili, Şıxlar və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərindən, aprelin 24-də saat 02.00-dan 03.45-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 00.45-dən 04.20-dək arasıra Tərtər rayonunun Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR