Bank Of Baku

QAT növbəti qurultayını Qarabağda keçirməyi planlaşdırır

QAT növbəti qurultayını Qarabağda keçirməyi planlaşdırır
# 28 aprel 2008 14:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) özünün 3-cü qurultayını mayın 31-də Qarabağda keçirməyi planlaşdırır. Bu barədə APA-ya QAT sədri Akif Nağı məlumat verib. O, qurultaya yer ayrılması üçün Ağdam, Tərtər və Bərdə rayon icra hakimiyyətlərinə rəsmi müraciət etdiklərini bildirib: “Qurultayın keçirilməsi üçün yer ayrılmasa, tədbiri həmin rayonların birinin ərazisində ya çadırda, ya da açıq havada keçirməyi nəzərdə tuturuq”.
Qeyd edək ki, QAT 2000-ci il yanvarın 28-də yaradılıb. Hazırda təşkilatın Azərbaycan üzrə 74 yerli şöbəsi fəaliyyət göstərir. Qurumun sonuncu qurultayı 2003-cü ildə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR