Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 29 aprel 2008 07:20 (UTC +04:00)
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 28-də saat 09.35-dən 20.45-dək ara-sıra Ermənistanın Noyemberyan və İcevan rayonları ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu sahəsində yerləşən mövqelərini, saat 12.15-dən 12.35-dək və saat 21.10-dan 21.25-dək Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 12.40-dan aprelin 29-u saat 01.50-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kurapatkino kəndində yerləşən mövqelərindən, saat 15.30-dan 15.40-dək Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 23.20-dən aprelin 29-u saat 02.05-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 23.50-dən aprelin 29-u saat 04.40-dək ara-sıra Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR