Bank Of Baku

Müdafiə Nazirliyi Azərbaycanda təxribat törətmək istəyən Ermənistan xüsusi təyinatlılarının zərərsizləşdirilməsi faktını təsdiqləyib

Müdafiə Nazirliyi Azərbaycanda təxribat törətmək istəyən Ermənistan xüsusi təyinatlılarının zərərsizləşdirilməsi faktını təsdiqləyib
# 29 aprel 2008 07:27 (UTC +04:00)
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya açıqlamasında bildirib ki, nazirliyin hərbi hissəsinin əsgərləri Azərbaycan ərazisinə keçərək diversiya törətmək istəyən erməni hərbçilərini zərərsizləşdirib. Hazırda faktla bağlı araşdırmalar aparılır: “Ermənistan Müdafiə Nazirliyi bildirir ki, guya onlar öz hərbçi tanışlarına baş çəkməyə gedərkən yolu azıb əsir düşüblər. Bu, yalan məlumatdır. Həmin şəxslər Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından ibarət hərbi qrupun üzvləri olub. Artıq ilkin araşdırmalar zamanı bu fakt öz təsdiqini tapıb və saxlanılanlar bir çox məsələləri etiraf ediblər”.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından ibarət hərbi qrupun zərərsizləşdirilməsi barədə ilk məlumatı APA yayıb. Bundan sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyran Şahsuvaryan yerli mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda həbs olunan Ermənistan vətəndaşları Vanik Zmboyan, Artem Zoqrabyan, Karen Torosyan, Ağası Enokyandır. S. Şahsuvaryan onların hərbçi tanışlarına baş çəkməyə gedərkən azıb Naxçıvanda əsir düşdüklərini iddia edib. O, Ermənistanın məsələ ilə bağlı artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR